Bank Of Baku

Azərbaycan FHN-də mülki müdafiədə qadınların roluna həsr olunmuş tədbir keçirilib - FOTOSESSİYA

Azərbaycan FHN-də mülki müdafiədə qadınların roluna həsr olunmuş tədbir keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 09 dekabr 2011 13:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) strukturlarında 1616 qadın çalışır. Onlardan 709-u hərbi və xüsusi rütbəsi olanlardır. APA-nın məlumatına görə, bu barədə FHN-də mülki müdafiədə qadınların roluna həsr olunmuş tədbirdə fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə bildirib.

F. Tağızadənin sözlərinə görə, nazirliyin qarşısına qoyulan vəzifələrin çətin olmasına baxmayaraq, burada çalışan qadınlar öz vəzifələrinin öhdəsindən layiqincə gəlirlər. Qadınlar FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki Müdafiə Qoşunları, 101 və 112 telefon xidmətləri də daxil olmaqla bütün strukturlarında çalışırlar. Nazir müavini onu da qeyd edib ki, Ali Baş Komandanın sərəncamı ilə FHN-in Kadr Siyasəti Baş İdarəsinin rəisi Sevda Şirinova general-mayor rütbəsi ilə təltif olunub.

Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) baş katibinin müavini Vladimir Kuvşinov isə çıxışında qeyd edib ki, 2011-ci il bütün dünyada qadınların mülki müdafiədə roluna həsr olunub. Təşkilat rəsmisi Azərbaycana səfəri çərçivəsində bu gün FHN-in xilasedici hissəsinə baş çəkərək, orada çalışan qadınların fəaliyyəti ilə tanış olduqlarını qeyd edib.

«Orada peşəkar dalğıc, dağa dırmananlar, bacarıqlı idmançıları gördük. Azərbaycan Fövqəladə Hallar Nazirliyində bacarıqlı qadınlar var», - deyə BMMT rəsmisi vurğulayıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva Azərbaycan xilasedicilərinin az müddət ərzində böyük təcrübə qazandıqlarını vurğulayıb. O bu günlərdə Türkiyədə olarkən bu ölkənin millət vəkillərinin Vanda baş vermiş zəlzələdə göstərdiyi köməyə görə Azərbaycan xilasediciləri barədə xoş sözlər söylədiklərini deyib.

Sonda BMMT nümayəndəsi V. Kuvşinov Sevda Şirinova başda olmaqla nazirliyin bir qrup əməkdaşını, Milli Məclisin deputatları Qənirə Paşayeva və Gülçöhrə Məmmədovanı, Ailə, Qadın və Uşaqların Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanı təşkilatın müxtəlif dərəcəli medalları ilə təltif edib.

F. Tağızadə isə BMMT baş katibinin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmri ilə «Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə medalı» ilə təltif olunduğunu deyib.

Həmçinin V. Kuvşinov da daxil olmaqla beynəlxalq təşkilatın bir neçə üzvü FHN tərəfindən medalla təltif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR