Bank Of Baku

FHN-in Qarabağ Regional Mərkəzində qərargah məşqi keçirilib

FHN-in Qarabağ Regional Mərkəzində qərargah məşqi keçirilib
# 09 dekabr 2011 14:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzində fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı fəaliyyətin təşkili mövzusunda qərargah məşqi keçirilib. APA-nın “Fövqəladə Hallar” qəzetinə istinadən verdiyi məlumata görə, qərargah məşqi 3 fərqli ssenari üzrə keçirilib. Birinci ssenariyə əsasən Murovdağ silsiləsində baş vermiş şərti zəlzələ nəticəsində Sərsəng Su Anbarının qəzalı vəziyyətə düşüb. Tərtər çayında suyun səviyyəsi qalxıb və fövqəladə vəziyyət yaranıb. İkinci ssenariyə görə, bu hadisədən az sonra, Füzuli rayonu ərazisində, düşmənlə təmas xəttinin yaxınlığında yerləşən hərbi hissənin sursat anbarında ilkin ehtimala görə terror nəticəsində partlayış baş verib. Şərti olaraq, hərbi hissədə ölən və yaralanan var, ətraf rayonların ərazisinə mərmilər dağılıb. Sonuncu ssenari isə Ağcabədi və Beyləqan rayonlarının ərazisində yerləşən Ağgöl Milli Parkında çöl quşlarının epidemik xəstəlik nəticəsində kütləvi surətdə qırılması ilə bağlı olub.

Alınmış hər bir məlumata əsasən, idarəetmənin təşkili, qəza-xilasetmə texnikalarının və avadanlıqlarının operativ olaraq hadisə yerinə cəlb olunması, hadisələrin nəticələrinin aradan qaldırılması, qüvvə və vasitələrin hesabatının dəqiqləşdirilməsi, yerli icra orqanları ilə birgə fəaliyyətin təşkili xəritə üzərində işlənərək məşq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR