Bank Of Baku

BDU-nun professoru “İrəli” Yaşıllar Klubunda mühazirə oxuyub - FOTO

BDU-nun professoru “İrəli” Yaşıllar Klubunda mühazirə oxuyub - <font color=red>FOTO</font>
# 10 dekabr 2011 16:01 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA “İrəli” Yaşıllar Klubu tərəfindən gerçəkləşdirilən “Age of Ecology” layihəsi çərçivəsində ilk seminar keçirilib.

“İrəli” İctimai Birliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “İrəli” Gənclik Mərkəzində keçirilən seminarda ekspert qismində Bakı Dövlət Universitetinin Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva iştirak edib.

İlk olaraq layihənin koordinatoru Afaq Rzayeva mövzu haqqında məlumat verib. Daha sonra ekspert Sevinc Hacıyeva “Məişət ekologiyası” mövzusunda təqdimatla çıxış edib və mövzu ətrafında müzakirələr aparılmış, gənclərin suallarını cavablandırıb.

Qeyd edək ki, “Age of Ecology” layihəsi “International Dialog on Environmental Action” (IDEA) kampaniyasının təşəbbüsü ilə elan olunmuş “Ekologiya ayı” çərçivəsində həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR