Bank Of Baku

Kür və Araz transsərhəd çaylarında növbəti monitorinq keçirilib

Kür və Araz transsərhəd çaylarında  növbəti monitorinq keçirilib
# 12 dekabr 2011 07:29 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə növbəti monitorinq keçirib. APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, dekabrın I ongünlüyündə Kür çayında suyun sərfi noyabr ayının III ongünlüyünə nisbətən 8 kubmetr/saniyə azalaraq 150 kubmetr/saniyə təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Şıxlı-2 məntəqəsində fenollar 4, mis birləşmələri 3, Ağstafaçay məntəqəsində mis birləşmələri 4, fenollar 3, Ağstafaçay su anbarında isə fenollar və mis birləşmələri 3 dəfə YVQH-ni ötüb.
Monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində fenollar və mis birləşmələri 3, I Şahsevən məntəqəsində mis birləşmələri 2, fenollar 3, Bəhrəmtəpə məntəqəsində isə fenollar və mis birləşmələri 2 dəfə YVQH-ni keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR