Bank Of Baku

Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri Azərbaycana gəlib

Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri Azərbaycana gəlib
# 12 dekabr 2011 09:22 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun vərəm proqramının laboratoriya üzrə mütəxəssisi Kristin Kremer və beynəlxalq ekspert Marija Joncevska Azərbaycana gəlib. Bu barədə APA-ya təşkilatın Azərbaycandakı nümayəndəliyinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cavahir Süleymanova məlumat verib. O bildirib ki, mütəxəssislər Bakı şəhərində və Zaqatala rayonunda fəaliyyət göstərən vərəm üzrə laboratoriyalara, həmçinin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisindəki vərəm üzrə laboratoriyaya baş çəkəcəklər: “Qonaqlar aparılan işlərin nəticələri haqqında hesabat hazırlanaraq Səhiyyə Nazirliyinə təqdim edəcəklər. Hesabatda vərəm-laborator sisteminin gücləndirilməsi və diaqnostika xidmətlərinin yaxşılaşdırılması istiqamətində ekspertlərin tövsiyələri öz əksini tapacaq”.

C. Süleymanova deyib ki, Səhiyyə Nazirliyinin Vərəm üzrə Milli Proqramı çərçivəsində nazirlik ilə Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda bir neçə proqram həyata keçirəcək. Onlardan biri vərəm-laborator sisteminin gücləndirilməsi və diaqnostika xidmətlərinin yaxşılaşdırılmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR