Gəncənin orta məktəblərində 20 müəllimin saxta diplomla işlədiyi müəyyənləşib
27 yanvar 2012 15:52 (UTC +04:00)
Gəncə şəhər Təhsil İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, ilin əvvəlindən başlayaraq Gəncədə 49 məktəb üzrə işləyən 4.500 müəllim kontinenti arasında yoxlamalar aparılıb. Nəticədə 20 müəllimin saxta diplomla işlədiyi müəyyənləşib. Onlardan 10 nəfər işdən azad edilib, 4 müəllimə isə analıq məzuniyyətində olduqlarına görə onlar haqqında heç bir tədbir görülməyib. Digər 6 müəllim isə məktəbdə işini davam etdirir. Buna səbəb həmin müəllimlərin 2 diplomu olmasıdır. Onlar əvvəllər bir ixtisas üzrə əsas diplomla işə götürülüblər, sonradan isə ya ixtisasdəyişmə, yada ixtisas artırma diplomları əldə ediblər. Həmin müəllimlər əsas diploma uyğun olaraq işlərini davam etdirirlər.
Sosial
Kür çayının Qıraqkəsəmən məntəqəsində səviyyəsi tədricən azalıb
18:16
28 may 2024
Bağanıs Ayrım kəndində minatəmizləmə işləri davam edir - FOTO
16:53
28 may 2024
Uşaqlar üçün yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb
19:44
27 may 2024
“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib - VİDEO
17:54
27 may 2024