Bank Of Baku

Azərbaycanın şimal-qərb bölgəsinə yağan aramsız qar onlarla kənd işıqsız qoyub

Azərbaycanın şimal-qərb bölgəsinə yağan aramsız qar onlarla kənd işıqsız qoyub
# 28 yanvar 2012 07:37 (UTC +04:00)
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, artıq 5 gündür bölgəyə aramsız qar yağır. Balakəndə qarın qalınlığı 30-40 sm, dağətəyi kəndlərdə 50 sm, Zaqatalada 25-30 sm, dağətəyi kəndlərdə 40 sm, Qax rayonunda 15-20 sm, dağətəyi kəndlərdə isə qarın qalınlığı 50-60 sm-ə çatıb. Nəticədə, yolları buz bağlayıb, bəzi yerlərdə elektrik naqilləri qırılıb, elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Balakən rayonunun 18 kəndi və bir qəsəbəsi ötən axşamdan işıqsız qalıb. Digər rayonların da bir sıra kəndlərinə elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda baş vermiş qəzaların aradan qaldırılması istiqamətində iş aparılır. Bölgənin magistral yolları buzdan təmizlənir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR