Bank Of Baku

Altıağacda atmosfer havasının fon monitorinqi stansiyası qurulub

Altıağacda atmosfer havasının fon monitorinqi stansiyası qurulub
# 07 fevral 2012 12:46 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Altıağac Milli Parkı ərazisində atmosfer havasının fon monitorinqi (EMEP) stansiyası qurulub. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, stansiya bu ay fəaliyyətə başlayacaq.

Məlumatda bildirilir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə texniki əməkdaşlıq proqramı çərçivəsində “Azərbaycan Respublikasında radioaktivliyin monitorinqi sahəsində infrastrukturun inkişaf etdirilməsi” layihəsi üzrə nüvə texnologiyalarından istifadə edən ölkələrlə həmsərhəd olan Qazax, Sədərək (Naxçıvan MR), Beyləqan, Astara, Quba rayonlarında və Pirallahı adasında yerləşən meteoroloji stansiyalarda radiasiya fonu üzərində avtomatlaşdırılmış monitorinq nəzarəti sistemi quraşdırılıb. Hazırda monitorinq məlumatları hər yarım saatdan bir ETSN-nin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə ötürülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR