Bank Of Baku

Masallıda “XX əsrin ən böyük faciəsi – Xocalı soyqırımı”mövzusunda tədbir keçirilib

Masallıda “XX əsrin ən böyük faciəsi – Xocalı soyqırımı”mövzusunda tədbir keçirilib
# 07 fevral 2012 21:41 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Fevralın 7-də Masallıda rayon məktəblilərinin iştirakı ilə “XX əsrin ən böyük faciəsi-Xocalı soyqırımı” mövzusunda tədbir keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Seyfəddin Əliyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, rayon Təhsil Şöbəsinin metodkabinetinin müdiri Bəybala Xəlilov, Kolatan kənd orta məktəbinin müəllimi Uğur Ağayev və digərləri çıxış edərək, XX əsrin sonunda Xocalı şəhərində erməni qəsbkarları tərəfindən törədilən kütləvi qırğın hadisəsinin amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət olduğunu bildiriblər. Çıxışlarda səslənən fikirlərdə xalqımıza qarşı yönəldilən bu cinayəti törədənlərin, əlləri minlərlə günahsız insanın qanına batmış cəlladlarını və onların əlaltılarının əvvəl-axır cəzalarına çatacaqlarına əminlik hissi ifadə olunub.
Tədbir məktəblilərin ifasında Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR