Bank Of Baku

2011-ci ildə Qusarda 1686 yeni iş yeri açılıb

2011-ci ildə Qusarda 1686 yeni iş yeri açılıb
# 08 fevral 2012 10:11 (UTC +04:00)
Qusar. Vəli Turan – APA. Qusar rayonunda 2011-ci ilin sosial-iqtisadi uğurlarına dair hesabat yığıncağı keçirilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, yığıncaqda çıxış edən Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov bildirib ki, Qusarda ümumi daxili məhsulun həcmi 2003-cü illə müqayisədə ötən il 7,1 dəfə, sənaye məhsulunun həcmi isə 8 dəfə artıb. Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində rayonda ötən il 1686 yeni iş yeri açılıb. Onlardan 523-ü daimi iş yeridir. Ümumilikdə 2003-2011-ci illər ərzində Qusarda 18 min 426 insan işlə təmin edilib. Onlardan 5889-u daimi iş yerlərində çalışır.

Şair Alxasov rayonda bir sıra problemlərin hələ də qaldığı vurğulayıb və problemlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə göstərişlər verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR