Bank Of Baku

Yer kurəsindəki iqlim dəyişmələri nəticəsində Azərbaycanda orta illik temperatur 0,8 dərəcə artıb

Yer kurəsindəki iqlim dəyişmələri nəticəsində Azərbaycanda orta illik temperatur 0,8 dərəcə artıb
# 08 fevral 2012 09:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Yer kürəsindəki iqlim dəyişmələri nəticəsində Azərbaycanda orta illik temperatur 0,8 dərəcə artıb. Ən çox temperatur artımı ölkənin yüksək dağlıq ərazilərində müşahidə olunur. Belə ki, Azərbaycanın dağlıq ərazilərində orta illik temperatur 1,1-1,3 dərəcə artıb”. APA-nın məlumatına görə, bu barədə Bakıda Böyük Britaniya səfirliyinin dəstəyi və İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dünya iqlim dəyişmələri ilə mübarizədə Azərbaycanın töhfəsi” mövzusunda konfransda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktor əvəzi Rza Mahmudov bildirib. O qeyd edib ki, Azərbaycanda yalnız yaz fəslində orta illik temperatur çoxillik normaya yaxındır.

R. Mahmudovun sözlərinə görə, ümumilikdə Yer kürəsində orta illik temperatur 1 dərəcə artıb: “Arktika, Antarktida və Qrenlandiyada isə temperaturun 3,1-3,5 dərəcə artması müşahidə edilir. Bu da dünyada təbii fəlakətlərin artmasına, dünya iqtisadiyyatına külli miqdarda ziyanın dəyməsinə səbəb olub. Artıq iri dövlətlərin əksəriyyəti iqlim dəyişmələrindən dəyən ziyanın qarşısını almaq üçün iqlim doktrinaları hazırlamağa başlayıblar. İqlim dəyişmələri təbii və antropogen amillərin təsirindən baş verir. Dünyanı idarə edən dövlətlər və tədqiqatçılar elmi əsaslarla təbii təsirlərdən yaranan zərərləri əvvəlcədən proqnozlaşdıra və minimuma endirə bilərlər. Antropogen amillərin təsirlərini minimuma endirmək üçün isə dünya dövlətlərinin siyasi iradəsi lazımdır. Azərbaycanda sağlam ətraf mühitlə bağlı məsələlər ölkə prezidentinin və ETSN-nin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Azərbaycan Dünya Ekoloji İndeksində 132 dövlət arasında Latviyadan sonra ikinci yeri tutub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR