Bank Of Baku

Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalanıb

Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalanıb
# 08 fevral 2012 16:32 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. Bu barədə APA Azərtac-a istinadən məlumat verir.

Sərəncama əsasən, Dövlət Sosial Müdafiə Fonduna 2011-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2012-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etmək, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək göstərişi verilib.

Həmçinin Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR