Prezident İlham Əliyev Nərimanov və Suraxanı rayonlarındakı körpələr evi-uşaq bağçalarının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub-FOTO
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov əvvəlcə Nərimanov rayonundakı 305 nömrəli körpələr evi-uşaq bağçasında görülən əsaslı təmir və yenidənqurma işləri barədə prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, müəssisə 1964-cü ildən fəaliyyət göstərir. Bu körpələr evi-uşaq bağçasının 75 yerlik ikimərtəbəli binasında 4 qrup var. Dövlət başçısının tapşırıqlarına əsasən bina qısa vaxt ərzində yüksək standartlara uyğun olaraq əsaslı şəkildə yenidən qurulub, müasir avadanlıq və mebel dəstləri ilə təmin edilib.
Azərbaycan prezidenti ayrı-ayrı otaqlara baxdı, görülən işlərin keyfiyyəti ilə maraqlanıb. Körpələr evi-uşaq bağçasında müasir istilik sistemi quraşdırıldığı, daimi isti və soyuq su ilə təchiz edildiyi qeyd olunub. Bildirilib ki, burada uşaqların təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb. Müəssisənin həyətində də abadlıq və quruculuq işləri görülüb, ərazi asfaltlanıb, müasir işıqlandırma sistemi quraşdırılıb.
Sonra prezident İlham Əliyev Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 313 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov buradakı vəziyyətlə bağlı prezident İlham Əliyevə məlumat verib. Qeyd edilib ki, iki mərtəbədən ibarət körpələr evi-uşaq bağçasının binası 1959-cu ildə istismara verilib. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq müəssisənin binasında əsaslı bərpa və yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib. 80 yerlik və dörd qrupdan ibarət körpələr evi-uşaq bağçasında qəsəbənin balaca sakinləri üçün bütün lazımi şərait yaradılıb. Burada yeni qazanxana istismara verilib, müəssisədə istilik sistemi quraşdırılıb, bina isti və soyuq su ilə təchiz edilib, ehtiyat su anbarı inşa olunub. Körpələr evi-uşaq bağçasının bir hektara yaxın ərazisində abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Həyətyanı sahədə uşaqlar üçün istirahət guşələri yaradılıb. Ərazi asfaltlanıb, daş örtüklər döşənib. Binada və ərazidə müasir işıqlandırma sistemi quraşdırılıb.
Əsaslı təmir və yenidənqurma işləri ilə yaxından tanış olan prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.
Sosial
DYP kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib
“Dövlətin rəqəmsal inkişaf siyasəti və QHT-lərin bu prosesə dəstəyi” mövzusunda ictimai müzakirə keçirilib - FOTO
FHN və DSX birgə təlim keçirib - VİDEO
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusu üzrə qərar verib
Xəbər Lenti
ABB 5 milyon manat həcmində istiqraz buraxır
Sabah Bakı ətrafı ərazilərdə yağış yağacağ - PROQNOZ
DYP kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib
Tramp NATO-nun İran və Qrenladniya mələlələrində ABŞ-a kömək etmədiyini deyib
Quru Qoşunlarında əməliyyat təlimi keçirilir - VİDEO
Tramp: İspaniya ilə bütün ticarəti kəsəcəyik, səfərlərə də son qoyulacaq
Azərbaycanla İordaniya arasında viza və enerji sahəsində iki sənəd imzalanıb
Tramp: İranla atəşkəs mənim üçün bitdi
Azərbaycanda daşınmaz əmlak alanlara 17 mln. manatdan çox ƏDV geri qaytarılıb
XİN: Bu səfər Azərbaycanla İordaniya arasında mövcud olan möhkəm dostluğun bariz nümunəsidir
I yarımildə istehlakçılara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
Rusiyanın bir neçə regionuna PUA hücumu olub, ölən və yaralananlar var
İordaniya Baş nazirinin müavini ilə Ceyhun Bayramov arasında ikitərəfli görüş keçirilir
Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb
Rusiyanın Xarkova zərbəsi nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb
Qərargah: İrana qarşı hücumlara verilən hər cür dəstəyin hədəfi legitim hədəfimiz olacaq
"Qızılağac” qoruğunda yanğın olub
“Dövlətin rəqəmsal inkişaf siyasəti və QHT-lərin bu prosesə dəstəyi” mövzusunda ictimai müzakirə keçirilib - FOTO
Miçotakis F-35 barədə Tramp və Ərdoğanın açıqlamalarını şərh etməyib
İsveç Ukraynaya əlavə 16 Gripen qırıcısını təmənnasız verəcək
FHN və DSX birgə təlim keçirib - VİDEO
Baş Prokurorluqda Avropa Şurasının nümayəndə heyəti ilə görüş keçirilib
Bakı metropoliteni ilə sərnişin daşımaları artıb
İranın atom elektrik stansiyası yerləşən şəhərində partlayış səsləri eşidilib - YENİLƏNİB
Unibank qadın sahibkarlara dəstək üçün 15 milyon dollar kredit cəlb edib
ABŞ-ın PUA hücumu nəticəsində SEPAH-ın əməkdaşı həlak olub
Həkəri çayında batdığı ehtimal edilən şəxsin axtarışları davam etdirilir - VİDEO
Əksər yerlərə yağış yağır, külək əsir - FAKTİKİ HAVA
Ukrayna Azov dənizində Rusiyanın daha 9 tankerini vurub
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusu üzrə qərar verib
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət edib
100 000 AZN-dək maşın üçün aylıq 90 AZN-lik KASKO sığortası var
Ukrayna Rusiya hərbi obyektlərinə zərbələr endirib
Azər Türk Bank təhsil işçiləri üçün sərfəli istehlak kreditləri kampaniyasına başlayıb
Prezident İlham Əliyev İordaniya Baş nazirinin müavinini qəbul edib
İran yenidən Bəhreyndəki ABŞ mövqelərinə raket zərbələri endirib
Agentlik: Qlobal qaz istehlakı son yeddi ildə üçüncü dəfə azala bilər
Norveç Ukraynanın hava hücumundan müdafiəsi üçün 268 milyon avro ayırır
Rutte: ABŞ-ın İrana yeni zərbələri tamamilə zəruri idi
KİV: Almaniyada təxribat hazırlayan iki Rusiya agenti saxlanılıb
Mərdəkanda dənizdə batan 16 yaşlı oğlanın meyiti tapılıb- YENİLƏNİB
BEA: Azərbaycanın Aİ-yə qaz ixracı 3% artıb
“Zirə” Konfrans Liqasında mübarizəyə başlayır
Bu il 5 minə yaxın əcnəbi qanunsuz miqrasiyaya görə saxlanılıb, 800-dən çoxu Azərbaycandan çıxarılıb
İraqda Xamenei ilə vida mərasimi keçirilir
Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası olacaq
Büdcənin icrasına dair “Vətəndaşın büdcə bələdçisi” hazırlanıb
Qalibaf: Biz təslim olmayacağıq
İran ABŞ-ın neft satışına tətbiq olunan sanksiyaların müvəqqəti dayandırılmasını ləğv etməsini pisləyib
Rusiyanın Kiyevə zərbələri nəticəsində bir qadın ölüb - YENİLƏNİB