Bank Of Baku

Nazirlik: Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində heç bir yanğın hadisəsi baş verməyib

Nazirlik: Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində heç bir yanğın hadisəsi baş verməyib
# 09 fevral 2012 10:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qızılağac Dövlət Təbiət Qoruğunda yanğın baş verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən APA-ya göndərilən açıqlamada bildirilir ki, fevralın 8-də Masallı rayonu Qızılağac kəndində Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində yanğın hadisəsinin baş verməsi, yanğın zamanı yaşayış üçün istifadə olunan ümumi sahəsi 16 kv. metr olan otaq tipli vaqonun yanması və içərisində olan 2 nəfər azyaşlı uşağın ölməsi barədə xəbərlər yayılıb: “Araşdırma zamanı məlum olub ki, yanğın Qızılağac Dövlət Təbiət Qoruğundan 2 km aralıda, Qızılağac kənd bələdiyyəsinin ərazisində baş verib. Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində heç bir yanğın hadisəsi baş verməyib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR