Bank Of Baku

Azərbaycanda 2012-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcək

Azərbaycanda 2012-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcək
# 09 fevral 2012 10:32 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncama əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 2011-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2012-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcək. “APA-Economics”in xəbərinə görə, bunu DSMF sədri Səlim Müslimov deyib.

O bildirib ki, bununla yanaşı, sığorta olunanlar üzrə ödənən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksi aparılacaq: “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün hər ay təqribən 5 mln. manat, il ərzində isə 60,3 mln. manat əlavə vəsait tələb olunacaq. Bu vəsaitlər fondun büdcəsində öz əksini tapıb”.

S.Müslümov bildirib ki, bu artımın əvvəlki illərdə həyata keçirilən artımlardan fərqi daha böyük kontingenti əhatə etməsi ilə bağlıdır. Belə ki, ötən il həyata keçirilən islahat nəticəsində 2011-ci il iyulun 1-dək indeksləşmədən kənarda qalan, 85 manat pensiya almış 482 min nəfərin pensiyası orta hesabla 44 manat və ya 52% artıb. Onların da pensiyasının sığorta hissəsi yaradılıb: “Hazırda pensiyaçıların 92,2%-nin pensiyalarının sığorta hissəsi mövcuddur. Bu isə 2011-ci il və ondan sonrakı illərin inflyasiya göstəricilərinə uyğun olaraq, hər il artırılacaq pensiyaların sığorta hissəsinin artırılması proseslərinin həmin pensiyaçılara şamil olunması deməkdir”.

DSMF sədri onu da deyib ki, ümumilikdə artımlar fərqli olacaq. Yəni kimin əmək pensiyalarının sığorta hissəsi daha yüksəkdirsə, pensiyanın artımı daha yüksək olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR