Bank Of Baku

Səlim Müslümov: “Artımlar fevral ayının pensiyaları ilə birlikdə təqaüdçülərə çatdırılacaq”

Səlim Müslümov: “Artımlar fevral ayının pensiyaları ilə birlikdə təqaüdçülərə çatdırılacaq”
# 09 fevral 2012 12:20 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Azərbaycan prezidentinin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” dünən imzaladığı sərəncam 1 mln. 102 minə yaxın pensiyaçını əhatə edəcək. Bu da pensiyaçıların təxminən 92,2%-ni təşkil edir. “APA-Economics”in məlumatına görə, bu barədə jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, artımlar fevral ayının pensiyaları ilə birlikdə təqaüdçülərə çatdırılacaq: “Hətta 1 il belə stajı olanların pensiyalarının sığorta hissəsi var və bu sərəncam həmin sığorta hissəsinə şamil edilir. 1 mln. 102 min nəfərə yaxın əmək pensiyaçılarının pensiyalarının sığorta hissələrinə tətbiq olunacaq 7,9%-lik indeksasiya əmsalı onların pensiyalarının orta hesabla 5 manata yaxın artırılmasına gətirib çıxaracaq. Bu artımların maliyyələşdirilməsi üçün hər ay 5 mln. manatdan bir qədər artıq vəsait tələb olunacaq. İl ərzində isə bu prosesin tam maliyyələşdirilməsi üçün fond tərəfindən 60,3 mln. manat vəsait yönəldiləcək”.

Qeyd edək ki, prezidentin sərəncamına əsasən, DSMF tərəfindən 2011-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2012-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR