Bank Of Baku

Azərbaycan paytaxtında həftə sonu küləkli və şaxtalı hava şəraiti davam edəcək, fasilələrlə qar yağacaq

Azərbaycan paytaxtında həftə sonu küləkli və şaxtalı hava şəraiti davam edəcək, fasilələrlə qar yağacaq
# 10 fevral 2012 09:25 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, şimal-qərb küləyinin axşama doğru güclənəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz saatlarında 0 dərəcəyə yaxın, axşama doğru isə 5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Fevralın 10-dan 11-ə keçən gecə və səhər güclü küləkli və şaxtalı hava şəraiti davam edəcək, fasilələrlə qar yağacaq. Şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Fevralın 11-də axşam şimal-qərb küləyi azacıq mülayimləşəcək. Havanın temperaturu gecə və səhər 3-7 dərəcə, gündüz isə 0-3 dərəcə şaxta proqnozlaşdırılır.

Fevralın 12-də isə səhər və axşam yarımadanın bəzi yerlərində zəif qar yağacağı, gün ərzində isə yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə və səhər 3-7 dərəcə şaxta, gündüz isə 1 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 11-də fasilələrlə qar yağacağı, gecə və səhər bəzi şimal və qərq rayonlarında yağıntıların intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında 4-8 dərəcə, gündüz 0-3 dərəcə şaxta, dağlarda gücə 15-20 dərəcə, gündüz 5-10 dərəcə şaxta təşkil edəcək.

Fevralın 12-də havanın qərb rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında az yağıntılı olacağı, zəif qar yağacağı gözlənilir. Havanın temperaturu Aran rayonlarında gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə, gündüz 1-6 dərəcə şaxta təşkil edəcək. Fevralın 12-də gündüz saatlarından başlayaraq ölkə ərazisində temperaturun nisbətən mülayimləşəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR