İstanbulda Cənubi Qafqazda seysmik təhlükəsizlik müzakirə edilib
10 fevral 2012 10:22 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli Türkiyədə səfərdə olub. RSXM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Q. Yetirmişli NATO-nun "Cənubi Qafqazda seysmik təhlükəsizlik" layihəsi çərçivəsində keçirilən toplantıda iştirak edib.
Kandilli Rəsədxanasında keçirilən konfransda son illər Cənubi Qafqaz regionunda müşahidə olunan seysmik vəziyyət və risklərə dair müzakirələr aparılıb. Qurban Yetirmişli Azərbaycan ərazisindəki seysmik vəziyyət, aparılan müşahidələr və əldə olunmuş nəticələrə dair geniş məruzə ilə çıxış edib. Həmçinin, RSXM-in Baş direktoru Türkiyə tərəfi ilə baş verən zəlzələlərə dair qarşılıqlı məlumat mübadiləsinin aparılmasına dair müzakirələr də aparıb.
Qeyd edək ki, NATO-nun "Cənubi Qafqazda seysmik təhlükəsizlik" layihəsində Azərbaycan, Gürcüstan, Türkiyə ilə yanaşı, ABŞ seysmoloqları da iştirak edirlər. Layihə çərçivəsində növbəti toplantının bu ilin ikinci yarısında Bakıda keçirilməsi nəzərdə tutulur.

Sosial
25 minə yaxın şagird və abituriyent Azərbaycan dili fənnindən imtahan verib - YENİLƏNİB
15:40
12 may 2024
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
15:26
12 may 2024
DIM-in elektron imtahanlar korpusunda dövlət qulluğu vəzifələri üzrə ilk imtahan keçirilib - YENİLƏNİB
15:08
12 may 2024
DİN-dən XƏBƏRDARLIQ: Sosial şəbəkələrdə yalan vədlər tüğyan edir - VİDEO
21:45
11 may 2024