Bank Of Baku

Nazir müavini: “Dövlət Proqramı əsasında xaricdə təhsil alan məzunların Azərbaycana qaytarılmasında ciddi çətinliyə rast gəlinməyib”

Nazir müavini: “Dövlət Proqramı əsasında xaricdə təhsil alan məzunların Azərbaycana qaytarılmasında ciddi çətinliyə rast gəlinməyib”
# 10 fevral 2012 12:33 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “2008-ci ildən indiyədək xaricdə təhsillə bağlı Dövlət Proqramının 322 məzunu olub. Dövlət Proqramı əsasında təhsil alan məzunların Azərbaycana qaytarılmasında hələ ki, elə ciddi çətinliyə rast gəlinməyib”. Bunu APA-ya təhsil nazirinin müavini Qulu Novruzov deyib. Onun sözlərinə görə, xaricdə Dövlət Proqramı əsasında təhsil alan tələbələr Təhsil Nazirliyi ilə imzalanmış Məcburi Xidmət Öhdəliyinin daşıyıcılarıdır: “Bu o deməkdir ki, onlar dövlətin sponsorluğu ilə təhsil alırlar. Yəni onlar təhsil aldıqları ölkələrdə yaxşı işə dəvət alsalar belə, təhsil aldıqları ölkələrin Miqrasiya Xidmətləri sponsorun razılığı olmadan onlara işçi icazəsi üçün sənəd verə bilmirlər. Azərbaycan hökuməti adından onların təhsilini maliyyələşdirən Təhsil Nazirliyi buna razılıq verməsə, onlar həmin ölkələrdə qala bilmirlər. Bu proses ictimaiyyətin bəzi nümayəndələrinin iddia etdiyi kimi, sadə deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR