QHT-lərə Dövlət Dəstəyi Şurasının iclası keçirilib
10 fevral 2012 13:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının iclası keçirilib. Bu barədə APA-ya Şuranın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, iclasda çıxış edən qurumun sədri Azay Quliyev Şuranın 2011-ci il fəaliyyətinin yekunlarını şərh edib. Daha sonra Şuranın hesabatı təsdiq edilib.
Şuranın 2012-ci il üçün elan etdiyi maliyyə yardımı müsabiqəsinin ilkin nəticələri barədə isə qeyd edilib ki, müsabiqəyə 541 layihə təklifi daxil olub, hazırda layihələr ekspert qiymətləndirməsindədir. Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı QHT-lərin Şuraya müraciəti müzakirə edilib. Keçirilməsi nəzərdə tutulan tədbirin daha sanballı təşkilində QHT-lərə əməli yardım üçün bir neçə istiqamət üzrə peşəkar səviyyədə iş aparılması məqsədəuyğun sayılıb. Cari məsələlər sırasında Şuranın 4 illik fəaliyyətinin yekunlarına dair bir sıra tədbirlərin həyata keçirilməsi müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
İclasda yanvarın 30-da elan edilmiş Şura seçkiləri ilə bağlı son günlər ölkədə hava şəraiti kəskin dəyişdiyi üçün QHT-lərdən sənəd qəbulu müddəti fevralın 17-dək artırılıb.

Sosial
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - FOTO - YENİLƏNİB
20:07
17 may 2024
FHN-in nümayəndələri INSARAG tədbirlərində iştirak ediblər
18:26
17 may 2024
Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb
18:16
17 may 2024
Buraxılış imtahanında iştirak edən 6 nəfərin nəticəsi ləğv edilib, 16 nəfər ən yüksək nəticəni göstərib
17:03
17 may 2024