Bank Of Baku

Aramsız yağan qar Zaqatala rayonunda bir sıra fəsadlar törədib

Aramsız yağan qar Zaqatala rayonunda bir sıra fəsadlar törədib
# 10 fevral 2012 14:47 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Son günlər yağan aramsız qar Zaqatala rayonunda bir sıra fəsadlar törədib. Rayon Fövqəladə Hallar Komissiyasının sədri Elman Ramazanovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, rayonda -12 dərəcə şaxta qeydə alınıb. Əgər şaxta -18 dərəcəyə yüksələrsə rayon ərazisində əkilən əncir, üzüm, çay və bir sıra subtropik bitkilər məhv olacaq.

Zaqatala və bölgənin Oğuz, Şəki, Qax, Balakən rayonlarının mərkəzlərində yolları buz bağlayıb, maşınların və piyadaların gediş-gəlişində problemlər yaranıb. Son iki gün ərzində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Qax, Zaqatala və Balakən rayonları ərazisindən keçən hissəsində avtomobillərin hərəkətində çətinlik yaradıb, magistral yol hələ də tam açılmayıb. Hazırda rayonların fövqəladə hallar komissiyalarının və müvafiq dövlət idarələrinin nümayəndələri yolları təmizləməklə məşğuldur.

Qarlı və şaxtalı hava şəraitinə baxmayaraq, son günlər elektrik enerjisinin verilməsində problem yaranmayıb. Hazırda Zaqatalanın dağ kəndlərində qarın qalınlığı 80-90 sm, düzən ərazilərdə 30 sm, Qax rayonun dağ kəndlərində 70-80 sm, düzən ərazilərində isə 30 sm-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR