Bank Of Baku

Azərbaycan çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Azərbaycan çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
# 02 mart 2012 08:44 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 120-225, Kiçik Qafqazın çaylarında 130-135, Lənkəran-Astara bölgəsi çaylarında 90-100, Naxçıvan MR çaylarında isə normanın 20-25 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 140 kubmetr/saniyə olmaqla, ongünlük normanın 58, Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 81,0 kubmetr/saniyə olmaqla, ongünlük normanın 99 faizini təşkil edir. Kür çayının aşağı axınında, Surra məntəqəsində suyun səviyyəsi 676, Şirvanda 563, Salyanda 502, Bankədə 359, Araz çayının Novruzlu məntəqəsində isə 376 santimetr təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR