Bank Of Baku

Azərbaycanda sosial müdafiə əhəmiyyətli obyektlərin inşası davam etdirilir

Azərbaycanda sosial müdafiə əhəmiyyətli obyektlərin inşası davam etdirilir
# 02 mart 2012 15:25 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavinin Elnur Kələntərov Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzinin, Yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacağın, Bilgəh qəsəbəsində Müharibə və Əmək Əlilləri üçün Pansionatın ikinci korpusunun, Nərimanov rayonunda gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış evinin tikintisi işləri ilə yaxından tanış olmaq üçün həmin ərazilərdə olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi gözdən əlillərin sosial-iqtisadi həyata fəal inteqrasiyasına, onların gündəlik həyatda zəruri vərdişlərə, peşə-əmək qabiliyyətlərinə yiyələnməsi məqsədinə xidmət edəcək.

Yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacağın yaradılmasında məqsəd baxımsızlıq vəziyyətinə düşmüş, yaşayış yeri və yaşamaq üçün maddi imkanı olmayan yetkinlik yaşına çatmamış uşaqların müvəqqəti sığınacaqla təmin edilərək sosial statusunun bərpa olunmasıdır. Həmçinin onların ailələrinə qovuşmasına yardım edilməsi, belə uşaqlara və valideynlərinə, yaxud qanuni nümayəndələrinə çətin həyat şəraitinin aradan qaldırılmasında sosial, psixoloji köməkliklərin göstərilməsi nəzərdə tutulur. Yaxın gələcəkdə ölkənin daha 10 bölgəsində belə mərkəzlər yaradılacaq.

Gözdən əlillər üçün inşa edilən 12 mərtəbəli 132 mənzilli yaşayış evinin istifadəyə verilməsi isə hazırda Bakı şəhərində mənzil növbəsində dayanan 240 nəfər gözdən əlilin artıq böyük qisminin mənzillə təminatına səbəb olacaq. Bilgəh Müharibə və Əmək Əlilləri üçün Pansionatında gələcəkdə ikinci korpusun tikintisi qərara alınıb. Ramana Gənc Əlillərin Əmək və İstirahət Evi isə əsasən dayaq-hərəkət sistemi sıradan çıxmış əlillərin sosial reabilitasiyası üçün nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR