Bank Of Baku

Sabah Azərbaycan daxili işlər orqanlarında vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə test imtahanı keçiriləcək

Sabah Azərbaycan daxili işlər orqanlarında vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə test imtahanı keçiriləcək
# 03 mart 2012 08:20 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sabah daxili işlər orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, sənəd qəbulu Daxili İşlər Nazirliyi tərəfindən aparılıb.
İşə qəbul iki istiqamət – hüquq və pedaqogika istiqamətləri üzrə aparılır. Müsabiqədə iştirak etmək üçün 120 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 66 nəfəri hüquq, 54 nəfəri isə pedaqogika istiqaməti üzrə sənəd verib.
İmtahanda namizədlərə 100 sualdan ibarət test kitabçası təqdim olunacaq. Hüquq istiqaməti üzrə 80 sual qanunvericilik, 20 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən sahə üzrə olacaq.
Pedaqogika istiqaməti üzrə imtahanda 30 sual qanunvericilik, 30 sual pedaqogika, 20 sual yaş psixologiyası, 20 sual isə məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən sahə üzrə olacaq.
Sualları cavablandırmaq üçün namizədlərə 3 saat vaxt veriləcək. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək. Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR