Bank Of Baku

ANAMA-nın nümayəndə heyəti BMT Beynəlxalq Mina Əməliyyatları Proqramları Direktorlarının 15-ci toplantısına qatılacaq

ANAMA-nın nümayəndə heyəti BMT Beynəlxalq Mina Əməliyyatları Proqramları Direktorlarının 15-ci toplantısına qatılacaq
# 03 mart 2012 08:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Martın 26-dan 30-dək Cenevrədə BMT Beynəlxalq Mina Əməliyyatları Proqramları Direktorlarının 15-ci toplantısı keçiriləcək. APA-nın məlumatına görə, toplantıda dünyada piyadalar əleyhinə minaların ləğvi, müxtəlif ölkələrdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları barədə müzakirələr aparılacaq.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) APA-ya verilən məlumata görə, tədbirdə ANAMA-nın nümayəndə heyəti də iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR