Bank Of Baku

Sabirabadda daşqınlardan zərər çəkmiş sakinlər üçün yeni salınmış qəsəbənin açılışı olub - FOTO

Sabirabadda daşqınlardan zərər çəkmiş sakinlər üçün yeni salınmış qəsəbənin açılışı olub - <font color=red>FOTO</font>
# 03 mart 2012 13:06 (UTC +04:00)
Sabirabad. Əlibəy Zeynallı - APA. Bu gün Sabirabadın Ulacalı kəndində Kür və Araz çaylarının daşmasından zərər çəkmiş sakinlər üçün yeni salınmış qəsəbənin açılışı olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, açılış mərasimində fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev və Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov iştirak edib.

Yeni qəsəbədə 50 ailə üçün 2-4 otaqlı mənzillərdən ibarət müəyyən infrastruktura malik yeni evlər tikilib.

Həmin gün Ulacalı kəndində yeni əsaslı təmir olunmuş şəhid Böyükağa Ağayev adına 220 şagird yerlik orta məktəbin də açılışı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR