Penitensiar Xidmətdə Türkmənistan nümayəndə heyəti ilə görüş keçirilib
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Azərbaycan hökuməti ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin birgə keçirdiyi təcrübə mübadiləsi üzrə görüşlərdə iştirak edən nümayəndə heyəti Türkmənistan xarici işlər nazirinin müavini Vepa Hacıyev, daxili işlər nazirinin müavini Allamırat Hacıyev, DİN-in Cəzaların İcrası Departamentinin rəisi Çarı Gəldiyev və digər məsul şəxslərdən ibarət olub.
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Tibb Baş İdarəsi rəhbərliklərinin iştirakı ilə Penitensiar Xidmətin Baş idarəsində nümayəndə heyəti ilə görüş keçirilib.
Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev görüşdə çıxış edərək, son illərdə penitensiar sistemdə görülmüş işlər, habelə cəzaların icrasının təşkili ilə bağlı həyata keçirilmiş tədbirlər, əldə olunmuş müsbət nəticələr və həllini gözləyən problemlər, barədə ətraflı məlumat verib. M.Quliyev xüsusilə vurğulayıb ki, Penitensiar Xidmətin həyata keçirdiyi beynəlxalq əməkdaşlıq sahəsində də nəzərə çarpacaq müsbət dəyişikliklər əldə olunub. Qeyd olunub ki, Avropa Şurası, ATƏT, Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər mötəbər beynəlxalq qurumların nümayəndələri mütəmadi olaraq penitensiar müəssisələrdə və istintaq təcridxanalarında monitorinqlər keçirir, cəza çəkənlərin saxlanma şəraiti ilə yaxından tanış olur, fəaliyyətin daha da təkmilləşdirilməsi üçün müvafiq tövsiyələr təqdim edirlər.
M.Quliyev bu baxımdan BQXK ilə Penitensiar Xidmət arasındakı əməkdaşlığı xüsusilə yüksək qiymətləndirərək, son illər ərzində məhz BQXK ilə əməkdaşlığın daha da genişlənməsi nəticəsində məhkumlara və təqsirləndirilən şəxslərə, xüsusilə də ağciyər vərəminə düçar olmuşlara göstərilən səhiyyə xidmətinin səviyyəsinin xeyli artdığını, bunun da nəticəsində həmin xəstəlikdən vəfat edən şəxslərin sayının nəzərə çarpacaq dərəcədə azaldığını bildirib.
Görüşdə iştirak edən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rafael Mehdiyev məhkumlara və təqsirləndirilən şəxslərə göstərilən tibbi xidmətin vəziyyətini şərh edərkən son dövrlərdə bu sahədə nəzərəçarpacaq nailiyyətlər əldə olunduğunu qeyd edib. Xüsusilə vurğulanıb ki, penitensiar müəssisələrdə və istintaq təcridxanalarında müasir tibbi avadanlığın quraşdırılması, dərman preparatları ilə təchizatın yaxşılaşdırılması və cəza çəkənlərə tibbi xidmətin keyfiyyətinin artırılması nəticəsində məhkumlar arasında ölüm halları xeyli azalıb, bir sıra ölkələrin nümayəndələri Azərbaycanın müsbət təcrübəsinin öyrənilməsi üçün ölkəmizə dəfələrlə səfərlər ediblər. BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Şerin Pollini Penitensiar Xidmətlə əməkdaşlığın səmərəli olduğunu qeyd edib və son vaxtlar BQXK-nın tövsiyələrinə penitensiar müəssisələr tərəfindən daha fəal reaksiya verildiyini, bu tövsiyələrə əməl olunduğunu və əməkdaşlığın yüksək nəticələr verdiyini xüsusilə vurğulayıb.
Sosial
Şuşanın Kiçik Qaladərəsi kəndinə növbəti köç olub, açarlar təqdim edilib - YENİLƏNİB
Akademik Əjdər Məcidov vəfat edib
Xocavəndin iki kəndinə köç olub, açarlar təqdim edilib- YENİLƏNİB
DYP kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib
Xəbər Lenti
Katex çayı sahilində köməksiz qalan şəxs xilas olunub - YENİLƏNİB - VİDEO
NATO: İran əsla nüvə silahına malik olmamalı, Hörmüz boğazından sərbəst keçidi təmin etməlidir
Tramp: Bu gecə İrana çox ağır zərbələr endirə bilərik
"Reuters": Tramp NATO liderləri ilə qapalı görüşlərdə ABŞ-ı ittifaqda saxlamaq istədiyini deyib
Rusiya miqrant işçilərə dair tələbləri sərtləşdirib: gəlir vergisi ödəməli olacaqlar
NATO 2026-cı ildə Ukraynaya 70 milyard avro ayıracağını bəyan edib
Xüsusi nümayəndə: Aİ Azərbaycan və Ermənistanla Cənubi Qafqazda nəqliyyat marşrutlarının inkişafını müzakirə edir
NATO Ankara Bəyannaməsini qəbul edib
Papuaşvili ATƏT PA-nı Gürcüstana qarşı ədalətsizlikdə ittiham edib
Qanunsuz orden-medallar təsis etməkdə ittiham olunan QHT rəhbərinə hökm oxunub
“Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın yenilənməsi ilə bağlı İşçi qrupun ikinci iclası keçirilib
Ramin Məmmədov Özbəkistan Prezidenti Administrasiyasının şöbə müdiri ilə görüşüb
Almaniyada gimnaziyada atışma olub, azı dörd nəfər yaralanıb
Ukrayna Hərbi Hava Qüvvələri Rusiya təyyarəsini vurduğunu açıqlayıb
Balakəndə 43 yaşlı kişini sel aparıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
ADSEA: Pirşağıda kanalizasiya kollektorlarının tikilən ərazidə təhlükəsizlik tədbirləri görülüb
Bakı metrosu "Qarabağ" – "Vestri" oyununa görə gücləndirilmiş rejimdə işləyəcək
Korporativ həyat sığortası şirkətlərə hansı imkanları yaradır? İR rəhbərinin müsahibəsi
bp və tərəfdaşları Azərbaycanda sosial layihələrə 115 milyon dollardan çox vəsait xərcləyib
Azərbaycan səfiri Rusiya Federasiya Şurasının sədrinin birinci müavini ilə görüşüb
Azərbaycan və Çex hökumətləri arasında Qarışıq Komissiyanın həmsədri dəyişib
Miqrant uşaqlar 18 yaşdan sonra Rusiyanı tərk etməli olacaqlar
Azərbaycanla Əlcəzair arasında Birgə Komissiyanın tərkibi təsdiqlənib
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə”yə dəyişiklik edilib
Prezident İlham Əliyev “Azərbaycanın mədəniyyət paytaxtı-Şuşa şəhəri haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Mingəçevirdə vergi uçotuna alınmadan fəaliyyət göstərən obyekt aşkarlanıb - FOTO
Bir sıra diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbə verilib - SƏRƏNCAM
Şuşanın Kiçik Qaladərəsi kəndinə növbəti köç olub, açarlar təqdim edilib - YENİLƏNİB
Kallas: Bazar ertəsi Aİ və körfəz ölkələri XİN başçılarının görüşü olacaq
Ceyhun Bayramovla İordaniya Baş nazirinin müavini arasında geniştərkibli görüş keçirilib - FOTO - YENİLƏNİB
“Park Yasamal”da mənzil sahibi olmaq istəyənlər üçün geniş seçim imkanları
Ərdoğan: Türkiyənin müdafiə sənayesinə qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır
Pərviz Şahbazov: "Yaşıl Enerji Dəhlizi" layihəsi inkişaf mərhələsinə keçib
Pakistanda terrorçulara qarşı əməliyyat keçirilib, 11 əməkdaş həlak olub
İyulun 12-də keçiriləcək qəbul imtahanında 37 minə yaxın abituriyent iştirak edəcək
Akademik Əjdər Məcidov vəfat edib
Tbilisi hava limanı fəaliyyətini tam bərpa edib
Ərdoğan: Rusiya ilə əlaqəli kanallarımızdan Putini danışıqlar masasına gətirmək üçün istifadə edirik
Kreml: Ukraynanın beynəlxalq enerji infrastrukturuna hücumları təhlükəlidir
Sloveniya NATO qarşısında öhdəliklərinin icrası üçün əlavə vaxt istəyib
Pezeşkian ABŞ-ın dünya çemionatındakı hərkətlərinin xarici siyasətini xatırlatdığını deyib
Ukrayna və Almaniya PUA-ların birgə istehsalına dair saziş imzalayıb
Xocavəndin iki kəndinə köç olub, açarlar təqdim edilib- YENİLƏNİB
Peskov Baltikyanı ölkələr üçün yaxşı bir şey proqnozlaşdırılmadığını deyib
Salih Özcan "Beşiktaş"a transfer olub
Rusiya MN: Son sutka ərzində 903 Ukrayna dronu vurulub
Ceyhun Bayramov: Xaricdəki hərbi münaqişələrə qoşulmaq Azərbaycan vətəndaşlığından məhrum edilmə ilə nəticələnə bilər
XİN: Münaqişə zonalarında yaşayan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması üçün sistemli iş aparılır