Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvlüyünə seçkilər başa çatıb - FOTO

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvlüyünə seçkilər başa çatıb - <font color=red>FOTO</font>
# 03 mart 2012 15:41 (UTC +04:00)
Bu gün Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə daha iki QHT qrupunda seçkilər keçirilib.

Şuranın Katibliyindən APA-ya verilən məlumata görə, bununla da seçki kampaniyası yekunlaşıb.

Səhiyyə, sağlamlıq və ekologiya qrupu üzrə 35 QHT nümayəndəsi və 8 namizədin iştirakı ilə keçirilən seçkilərdə ilk üç yeri Hüseynova Gülnarə Alxas qızı (Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri), İsmayılova Nailə İsgəndər qızı (“Yeni həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri) və Yusubova Qəmzə Xanlar qızı (Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri qazanıb.

Narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə qrupu üzrə 39 QHT nümayəndəsi və 5 namizədin iştirakı ilə keçirilən seçkilərdə ilk üç yeri Nuriyev Əliməmməd Mali oğlu (Konstitusiya Araşdırmalar Fondunun prezidenti), Abbasbəyli Əhməd Nəbi oğlu (Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinin sədri) və İbrahimli Qadir Nadir oğlu (“Güzəran” Sosial Araşdırmalar İctimai Birliyinin sədri) tutub.

Seçkilər Azərbaycan Dövlət Pedaqoji Universitetinin əsas binasının akt zalında mediaya açıq şəraitdə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR