Bank Of Baku

Azərbaycanda 85 yaşlı kişi ata olub - FOTO

Azərbaycanda 85 yaşlı kişi ata olub - <font color=red>FOTO</font>
# 05 mart 2012 07:25 (UTC +04:00)
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, rayonun Yuxarı Tala kənd sakini, 1926-cı il təvəllüdlü, Kamal Kamalov iki il əvvəl yenidən ata olub.

Yaxınlarının verdiyi məlumata görə, K. Kamalov ilk dəfə 14 yaşında ailə qurub. Yaşadığı uzun illər ərzində o, bir neçə dəfə evlənib. K. Kamalov 7 il öncə 4-cü dəfə ailə qurub.

Rayonun Yuxarı Çardaqlar kənd sakini, 33 yaşlı Reyhanat Kamalova ahıl kişiyə 2008-ci ildə birinci, 2010-cu ildə isə ikinci qız övladı bəxş edib.

K. Kamalovun ümumilikdə 9 övladı, 16 nəvəsi, 5 nəticəsi var. K. Kamalovun atası 120, babası isə 150 il ömür sürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR