Azərbaycanda “quş qripi” ilə bağlı növbəti monitorinqlərə başlanılıb
05 mart 2012 08:28 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) “quş qripi”nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını nəzərə alaraq, bu gün ölkə üzrə növbəti monitorinqə başlayıb. Bu barədə APA-ya DBX-nin mətbuat xidmətindən məlumat verilib. Monitorinqə bu gün Abşeron Milli Parkında start verilib və Şabran, Salyan, Ağcabədi, Lənkəran rayonlarının milli parklarında da aparılacaq. Ev quşları arasında aparılacaq monitorinq isə respublikanın bütün rayonlarını əhatə edəcək.
Monitorinq DBX-nin, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin, eləcə də “Ovçular və balıqçılar” Cəmiyyətinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır. Monitorinq martın 16-da başa çatacaq.
Mətbuat xidmətindən bildiriblər ki, hazırda “quş qripi” xəstəliyinə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün xidmət aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

Sosial
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - FOTO - YENİLƏNİB
20:07
17 may 2024
FHN-in nümayəndələri INSARAG tədbirlərində iştirak ediblər
18:26
17 may 2024
Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb
18:16
17 may 2024
Buraxılış imtahanında iştirak edən 6 nəfərin nəticəsi ləğv edilib, 16 nəfər ən yüksək nəticəni göstərib
17:03
17 may 2024