Bank Of Baku

Bakıda internet klub və kafelərdə reydlərə başlanılıb

Bakıda internet klub və kafelərdə reydlərə başlanılıb
# 05 mart 2012 08:50 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakı şəhər Baş Polis İdarəsi ilə birgə internet klub və internet kafelərdə reydlərə başlayıb. İdarənin sektor müdiri Zəminə Əliqızının APA-ya verdiyi məlumata görə, reydlər məktəb ətrafında yerləşən internet klub və kafeləri əhatə edəcək: “Burada əsas məqsəd vaxtını internet klublarda keçirən şagirdləri müəyyənləşdirmək və eyni zamanda həmin klublarda yaxalanan məktəblilərin dərsdən yayınıb - yayınmamağını dəqiqləşdirməkdir. Əgər həmin şagirdin dərs vaxtı klubda olması müəyyən edilərsə, dərhal aidiyyatı məktəb rəhbərliyinə məlumat veriləcək və şagirdin sinif jurnalındakı davamiyyətinin necə qeydiyyata alındığı yoxlanılacaq. Bununla yanaşı, dərs zamanı şagirdin sinifdə olmamağının səbəbi aydınlaşdırılacaq. Şagirdin ümumiyyətlə, məktəbə getmədiyi müəyyən edilərsə, dərhal onun valideyninə məlumat veriləcək. Beləliklə də bu istiqamətdə valideynlərlə iş qurulacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR