Bank Of Baku

Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır

Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır
# 05 mart 2012 09:06 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, gündüz arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-2, gündüz 8-12 dərəcə isti olacaq.

Martın 7-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında şimal-şərq küləyinə keçəcək. Havanın temperaturunun gecə 0-2, gündüz 5-8 dərəcə isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında martın 6-da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta təşkil edəcək.

Martın 7-də bölgələrdə hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 7-12 dərəcə şaxta olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR