Ötən il təhsilə ayrılan büdcə vəsaitlərinin həcmi 2010-cu illə müqayisədə 87,7 milyon manat artaraq 1,3 milyard manat təşkil edib
07 mart 2012 13:18 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. 2011-ci ildə Azərbaycanın təhsil sisteminin fəaliyyətinin tənzimlənməsi, “Təhsil haqqında” qanuna əsasən və onun tətbiq edilməsi barədə prezidentin müvafiq fərmanının icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin 29 qərar və sərəncamı qəbul edilib. APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2011-ci ilə dair hesabatında bildirilir. Hesabatda qeyd olunur ki, ötən il təhsilə ayrılan büdcə vəsaitlərinin həcmi 2010-cu illə müqayisədə 87,7 milyon manat artaraq 1,3 milyard manat təşkil edib. Ümumilikdə 2003-cü illə müqayisədə təhsilə ayrılan ümumi xərclər 2011-ci ildə 5,4 dəfə artıb, dövlət investisiya xərclərinin həcmi 2003-cü ildəki 5 milyon manatdan 275 milyon manata çatıb.
Sosial
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb
17:26
17 may 2024
Buraxılış imtahanında iştirak edən 6 nəfərin nəticəsi ləğv edilib, 16 nəfər ən yüksək nəticəni göstərib
17:03
17 may 2024
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub
17:02
17 may 2024
Kamran Əliyev Düşənbədə ikitərəfli görüşlər keçirib
16:40
17 may 2024