Martın 7-də Günəşdə X 5 sinfinə məxsus böyük alışma baş verib
09 mart 2012 08:44 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Martın 7-də Günəşin şərq tərəfində mürəkkəb konfiqurasiyaya malik maqnit ləkələri X 5 sinfinə məxsus böyük alışma yaradıb. Alışma nəticəsində atılan tullantılar birbaşa Yerə tərəf istiqamətlənib”. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov bildirib. Onun sözlərinə görə, tullantıların sürəti çox böyük- 1000-2000 kilometr/saniyə olub. Bu, ötən ildən bəri baş verən ən böyük günəş alışmasıdır: “Sonunsu belə güclü alışma ötən ilin avqustunda X 7 bal gücündə olmuşdu. Ümumiyyətlə, alışmalar rentgen şüalanmasında olan inteqral energiyə görə 4 yerə bölünürlər. Onlardan ən güclüsü X tipli alışmalardır”.
N. Cəlilov deyib ki, alışma nəticəsiondə Venera ətrafında olan peykin əlaqə sistemində böyük fəlakətlər baş verib. Bir müddət həmin peyklə əlaqə kəsilib. Yer ətrafında uçan beynəlxalq kosmik peyklə bağlı elə də ciddi dəyişiklik baş verməyib. Buna baxmayaraq artıq dünəndən bəri Yerin maqnit sahəsi möhkəm silkələndiyinə görə ürək problemi olan insanlar bu təsiri daha çox hiss edirlər.
Alim bildirib ki, maqnit alışmasının təsiri daha çox qütblərə yaxın en dairələrində hiss olunur. Ekvatorda, o cümlədən Azərbaycana da bu alışmaların o qədər də təsiri olmayacaq. Alışma ilə bağlı ən pik nöqtə dünən olub. Yaxın 2-3 gün ərzində bu təsir tədricən azalacaq.

Sosial
Bu gün paytaxtın 549 küçəsi yuyulub - YENİLƏNİB
17:18
25 may 2024
Şuşada 18 memarlıq abidəsi bərpa edilib
17:13
25 may 2024
Ləğv prosesində olan "Bank of Azerbaijan" ASC-nin kreditorlarının diqqətinə!
17:01
25 may 2024
Ağcabədidə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan sürücü həbs edilib - VİDEO
14:54
25 may 2024