Bank Of Baku

2011-ci ildə Azərbaycanda doğum və təbii artım göstəricisi yüksəlib

2011-ci ildə Azərbaycanda doğum və təbii artım göstəricisi yüksəlib
# 09 mart 2012 10:18 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “2011-ci ildə Azərbaycanda doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 13,7 faizdən 19,3 faizə qalxıb. Təbii artım göstəricisi isə 8,1 faizdən 13,5 faizə yüksəlib ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricilərdəndir”. APA-nın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev YAP-ın saytına müsahibəsində bildirib. O deyib ki, ana və uşaqların sağlamlığının qorunması üzrə dövlət proqramı, yeni doğulanların “Elektron sağlamlıq kartları” ilə təmin edilməsi, “Yoluxucu xəstəliklərinin immunoprofilaktikası” proqramları ana və uşaqların sağlamlığının qorunması işində əhəmiyyətli rolu oynayıb.

E. Ağayevin sözlərinə görə, hazırda Azərbaycanda uşaqlar yoluxucu xəstəlikdən qorunmaq üçün 10 xəstəliyə qarşı peyvənd edilir: “Bu ildən etibarən körpələrimiz daha bir qorxulu infeksiyaya - Hemofilus B infeksiyasına qarşı planlı peyvəndə cəlb olunublar. Yaxın zamanlarda pnevmoniya xəstəliyinə qarşı da peyvəndin tətbiq edilməsi planlaşdırılır”.

E. Ağayev onu da bildirib ki, 2011-ci ildə difteriya, qızılca xəstəlikləri qeydə alınmayıb, epidemik parotit xəstəliyi 27 faiz azalıb, malyariya xəstəliyi praktiki ləğv olunma səviyyəsindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR