Bank Of Baku

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artır

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artır
# 09 mart 2012 10:35 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycanda şəkərli diabet xəstələrinin sayı getdikcə artır. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Diabet Cəmiyyətinin (ADC) rəhbərliyi keçirdiyi mətbuat konfransında açıqlama verib. ADC sədri Möminət Ömərova deyib ki, 2012-ci ilin yanvarın 1-nə şəkərli diabet xəstələrinin sayı 150,4 min nəfərdir, onlardan 39 mini insulindən asılıdır.
ADC-nin “2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı”nın ilkin monitorinqinə əsasən şəkərli diabet üzrə 1-ci dövlət proqramının həyata keçirilməsi zamanı buraxılmış nöqsanlar eynilə yenə təkrar edilir, problemlər olduğu kimi qalır.
M. Ömərova bildirib ki, dövlət büdcəsindən proqramların yerinə yetirilməsi üçün 2006-cı ildə 6 milyon, 2007-ci ildə 12 milyon, 2008-ci ildə 13,8 milyon manat, 2009-cu ildə 18 milyon manat ayrılıb. Sonrakı illərdə isə azalma müşahidə olunub: 2010 və 2011-ci illərdə bu sahəyə dövlət büdcəsindən 12 milyon, 2012-ci ildə isə 12,7 milyon manat ayrılıb. O, dövlət büdcəsindən ayrılan vəsaitin artırılmasının vacibliyini vurğulayıb: “Dediyim kimi, xəstələrin sayı ildən-ilə artır. Ona görə də dövlət büdcəsindən ayrılan vəsait də artırılmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR