Bank Of Baku

"Fövqəladə hallar uşaqların gözü ilə" mövzusunda uşaq yaradıcılıq müsabiqəsi keçiriləcək

"Fövqəladə hallar uşaqların gözü ilə" mövzusunda uşaq yaradıcılıq müsabiqəsi keçiriləcək
# 09 mart 2012 12:00 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil və Fövqəladə Hallar nazirliklərinin birgə razılaşmasına əsasən ümumtəhsil məktəblərinin şagirdləri arasında "Fövqəladə hallar uşaqların gözü ilə" mövzusunda uşaq yaradıcılıq müsabiqəsi keçiriləcək. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqə I-XI sinif şagirdləri arasında rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyaları üzrə təşkil olunacaq.

Müsabiqənin respublika turuna işlər FHN-nin regional mərkəzləri ilə birgə yaradılmış münsiflər heyəti tərəfindən seçiləcək. Rayon turunun qalibləri haqqında məlumatlar aprelin 20-dək FHN-ə göndərilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR