Bank Of Baku

AMEA Folklor İnstitutu Novruz çərşənbələri ilə bağlı araşdırmaları davam etdirəcək

AMEA Folklor İnstitutu Novruz çərşənbələri ilə bağlı araşdırmaları davam etdirəcək
# 09 mart 2012 14:57 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu Novruz çərşənbələri ilə bağlı araşdırmaları davam etdirmək qərarına gəlib. Bu barədə APA-ya institutun direktoru Muxtar İmanov məlumat verib. O bildirib ki, Folklor İnstitutunun təşkil etdiyi Novruz bayramı ilə bağlı elmi sessiyada Novruz çərçənbələri mövzusunda müzakirə aparılıb: “Sessiyanın nəticəsi olaraq belə qərara gəlindi ki, Novruzla bağlı elmi araşdırmalar daha da intensivləşdirilsin. Tədqiqatlar digər türk xalqları ilə əlaqəli şəkildə aparılacaq”.

M. İmanov bir daha xatırladıb ki, Novruz çərşənbələrinin indiki ardıcıllıqla düzülüşü qeyri-elmi bir düzümdür və bu, Novruzu düzgün tədqiq etməyə imkan vermir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR