Bank Of Baku

Azərbaycan paytaxtında yağıntılı hava şəraiti sabah da davam edəcək

Azərbaycan paytaxtında yağıntılı hava şəraiti sabah da davam edəcək
# 10 mart 2012 09:29 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bu gün və sabah Azərbaycan paytaxtında yağıntılı hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə paytaxtda sabah fasilələrlə sulu qar, qar yağacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında mülayim şimal-şərq küləyi əsəcək, havanın hərarəti gecə 0-2 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti olacaq. Həftənin son günlərində ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Bu gün və sabah bölgələrdə havanın arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək, havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 8-13 şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18 dərəcə təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR