Bank Of Baku

Kürün səviyyəsi qalxmaqda davam edir - FOTOSESSİYA

Kürün səviyyəsi qalxmaqda davam edir - <font color=red>FOTOSESSİYA</font>
# 10 mart 2012 14:37 (UTC +04:00)
Bu barədə APA-nın Mil-Muğan bürosuna Neftçala İxtisaslaşdırılmış Mənsəb Hidrometeorologiya Müəssisəsinin baş hidrometeoroloqu Rüfət Əliyev məlumat verib. O bildirib ki, son günlər Kürün Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində çayın səviyyəsinin artımı müşahidə olunur. Son on gündə çayın səviyyəsi Salyan rayonunda 30 santimetr, Neftçalada isə 6 santimetr qalxıb.

Çayda suyun səviyyəsinin yüksəlməsinə səbəb yağıntıların davam etməsi və qarın əriməsidir. Hazırda Kür çayında saniyədə 600-650 kubmetr su sərfi qeydə alınır. Çayda suyun səviyyəsinin artması yaya qədər davam edəcək. Kürün səviyyəsi daha 1 metr qalxarsa təhlükəli vəziyyət yarana bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR