Bank Of Baku

Bakıda qar yağır

Bakıda qar yağır
# 11 mart 2012 08:35 (UTC +04:00)
Bakı şəhər Dövlət Yol Polisi isə sürücülərə yollarda ehtiyatlı olmaqla bağlı xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə bu gün Bakıda və Abşeron yarımadasında mülayim şimal-şərq küləyi əsəcək, havanın hərarəti gecə 0-2 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti olacaq.

Bu gün ümumilikdə ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Bölgələrdə havanın arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək, havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 8-13 şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18 dərəcə təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR