Azərbaycanın Müəllif Hüquqları Agentliyi Sezen Aksunun “Sarı gəlin” mahnısını erməni dilində ifa edəcəyi barədə məlumatlara münasibət bildirib
Məlumatda deyilir ki, folklor nümunələrinin qorunmasına dair Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən hələlik beynəlxalq hüquqi alət qəbul edilməyib. Bununla belə, folklor nümunələrinin qorunması haqqında Azərbaycan Respublikası xüsusi qanun qəbul edib. Həmin qanuna əsasən, xarici ölkə vətəndaşları Azərbaycan folklorundan, o cümlədən folklorun tərkib hissəsi olan xalq mahnılarından kommersiya məqsədləri ilə istifadə etmək üçün MHA-dan icazə almalı və qanunvericiliklə müəyyən edilmiş qaydada haqq ödəməlidir: “Azərbaycan qanunvericiliyinin ərazi xarakteri daşıdığını və folklorun qorunması üzrə beynəlxalq konvensiyanın qəbul edilmədiyini nəzərə alaraq folklor nümunələrinin qorunması ilə bağlı məsələlər “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyanın 15-ci maddəsinin 4-cü hissəsinin “a” yarımbəndinin müddəaları (müəllifi naməlum əsərlərə münasibətdə hüquqları müdafiə etmək həmin ölkənin müvafiq səlahiyyətli dövlət orqanı tərəfindən həyata keçirilir) əsas götürülməklə tənzimlənir. Göstərilən Konvensiyaya, həmçinin “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” qanuna uyğun olaraq MHA Azərbaycan xalqına məxsus olan folklor nümunələrinin qorunması ilə bağlı müvafiq tədbirlər görməyə səlahiyyətlidir”.
MHA bir daha bəyan edir ki, “Sarı gəlin” xalq mahnısı azəri türklərinə məxsusdur: “Tanınmış Azərbaycan bəstəkarı Cavanşir Quliyevin Agentliyə təqdim etdiyi Ekspert Rəyində bildirilir ki, “Sarı gəlin” mahnısı “Şur” məqamında yazılıb. “Şur” məqamı Azərbaycan muğam sənətinin yeddi əsas məqamlarından biridir və milli musiqi məişətində ən çox istifadə olunur. Minlərlə Azərbaycan mahnısı bu məqam üzərində qurulub və tarix boyu bütün el şənliklərində ifa olunub. Janr etibarı ilə “Sarı gəlin” uzun havadır. “Uzun hava” türkdilli xalqların folklorunun tərkib hissəsidir. Janrdan gələn forma quruluşu isə başqa xalq mahnılarından fərqlənir: nəqarət yoxdur. Nəqarətin funksiyasını “Şur” muğamının “Şur-Şahnaz” şöbəsinə edilən modulyasiya icra edir. “Şur-Şahnaz” ancaq Azərbaycanda təşəkkül tapmış “Şur” dəsgahının əsas şöbələrindən biridir”.
Agentlikdən bildirilib ki, MHA tərəfindən rus, ingilis və digər dillərdə nəşr olunmuş “Armyanskiye inarodnıye skazki” (Erməni yadelli nağılları) kitabında erməni ədəbi oğurluqlarını, o cümlədən “Sari gəlin” xalq mahnısının erməniləşdirilməsi cəhdlərini ifşa edən faktlar toplanıb: “Kitabda “Sari gəlin” xalq mahnısının erməniləşdirilməsinə göstərilən cəhdlərlə əlaqədar qeyd edilib ki, hələ 1925-ci ildə İrəvanda Elm və İncəsənət İnstitutu yanında xalq musiqisi və folklorunun toplanması və öyrənilməsi üzrə xüsusi bölmə yaradılmışdı. Bu bölməyə çoxsəsli klassik erməni musiqisinin banisi S. Komitasın (Soqomonyan) şagirdi S. Məlikyan rəhbərlik edirdi.
1959-cu ildə çapdan çıxmış “Ensiklopedik musiqi lüğət”inə uyğun olaraq, çoxsaylı erməni tədqiqatlarında “erməni musiqisinin dahisi” kimi təqdim olunan S. Komitas dini musiqi ilə yanaşı, üç mindən artıq mahnını da yazıya köçürmüşdür ki, hazırda onlardan 500-ə yaxını saxlanılır. Yazıya köçürülmüş həmin xalq musiqisindən biri “Yes keza tesa” adı altında erməni xalq mahnısı kimi təqdim edilmiş qədim Azərbaycan mahnısı “Sarı gəlin”dir. Başqa mahnılar sırasında bu mahnı da S. Məlikyan tərəfindın S. Komitasın “Etnoqrafik toplusu”nda şərhlə nəşr olunub. Belə cəhdlər bu günə qədər davam edir, özü də ermənilər onu “Yes keza tesa” adı altında oxumaqdansa, “Sarı gəlin” kimi ifa etməyi daha üstün tuturlar. Bu yaxınlarda “Avropa musiqi toplusu” tərtib olunarkən ermənilər həmin musiqi incisini növbəti dəfə erməni mahnısı kimi keçirməyə nail olublar. Bildiririk ki, bu topluda “Sarı gəlin” xalq mahnısı ilə əlaqədar yol verilən səhvlə bağlı Aərbaycan tərəfinin etirazından sonra onun üzərində yenidən işlənilməyə başlanıb. Ancaq faktdır ki, nə tərtibçilər və naşirlər, nə də bu mahnını təqdim edən ermənilər “Sarı gəlin” anlayışının etimologiyasını anlamağa qadirdirlər. “Sarı gəlin” sadəcə sarışın saçlı, nurlu, parlaq gəlin deyil, həm də onun gizli mənası var. Azərbaycan dilində “gəlin” sözü “gəlmək” felindən yaranıb, “sarı” isə “bizə doğru”, deməli, “bizə doğru gələn gəlin” deməkdir. Mütəxəssislərin fikrincə, "Sarı gəlin" xalq mahnısının ən azı bir neçə yüz illər tarixi var. İntonasiyasına görə mahnı 3-4 notun üzərində qurulub. Beləliklə, “Avropa musiqi toplusu”nda erməniləşdirilmiş “Sarı gəlin” “Sarı rəngli gəlin” kimi təqdim edilib. Mahnıda bənzərsiz “neylim-neylim” nəqarəti (“mən nə edim?” mənasında) bu nəşrdə latın hərflərində Azərbaycan dilində saxlanıb. Hər bir azərbaycanlıya aydın olan bu sözlərin mənası erməni plagiatçılar üçün əlçatmaz olub. Erməni musiqisinin banisi S. Komitasın bu mahnının adını erməniləşdirmək cəhdləri əbəs olub.
Ermənilər bu mahnını Azərbaycan orijinalında olduğu kimi “Sarı gəlin” adı ilə təqdim edir və oxuyurlar”.
MHA S. Aksuya Azərbaycan xalq mahnısı “Sarı gəlin”lə bağlı qeydləri bir daha oxumağı, bütün türk dünyası üçün son dərəcə həssas və incə bir məsələdə diqqətli olmağı, eyni zamanda milli maraqları heç vaxt kommersiya maraqlarına qurban verməməyi tövsiyə edir.
Sosial
Ötən ay 40 nəfər Azərbaycana readmissiya edilib
FHN: Zaqatala, Balakən və Ağstafada su dolmuş yerlərdə tədbirlər görülür - VİDEO
Şuşanın Kiçik Qaladərəsi kəndinə növbəti köç olub, açarlar təqdim edilib - YENİLƏNİB
Akademik Əjdər Məcidov vəfat edib
Xəbər Lenti
KİV: İran ABŞ ilə yekun saziş üzrə danışıqları dayandırdığını açıqlayıb
Türkmənistan Prezidenti Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verir! - YENİLƏNİB
Məktəbəqədər hazırlıq qrupları üzrə məktəb seçiminin başlayacağı tarix açıqlanıb
Tramp ABŞ-ın Ukraynanın hava məkanını bağlaya biləcəyini istisna etməyib
Ötən ay 40 nəfər Azərbaycana readmissiya edilib
Rəsmi Tehran: ABŞ və İran arasında əldə olunmuş memorandumun ləğvinin etirafı regionu oda atır
KMBİ Malayziya vətəndaşlarının yaratdığı “Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirib - VİDEO
LİMAN ESTATE-BAKIDA YENİ YAŞAM STANDARTI
Tramp: Bu gün Putinə zəng edəcəm, o da müharibəni bitirmək istəyir
“Qarabağ”- “Vestri” oyunundan əvvəl fan zona təşkil olunacaq
FHN: Zaqatala, Balakən və Ağstafada su dolmuş yerlərdə tədbirlər görülür - VİDEO
13 həftə, 13 avtomobil lotereyasında iyun ayının qalibləri bəllidir!
Tramp: İranın nüvə silahına malik olmasının qarşısını razılaşmasız da almaq olar
Rutte: NATO gələn il Ukraynaya azı 70 milyard avro dəyərində hərbi yardım göstərəcək
ABŞ Ukraynaya "Patriot" sistemlərinin istehsalı üçün lisenziya verəcək
Tramp: Ukraynanın Rusiyanın dərinliklərinə zərbələri müharibəni sona çatdıra bilər
Katex çayı sahilində köməksiz qalan şəxs xilas olunub - YENİLƏNİB - VİDEO
NATO: İran nüvə silahına malik olmamalı, Hörmüz boğazından sərbəst keçidi təmin etməlidir
Tramp: Bu gecə İrana çox ağır zərbələr endirə bilərik
"Reuters": Tramp NATO liderləri ilə qapalı görüşlərdə ABŞ-ı ittifaqda saxlamaq istədiyini deyib
Rusiya miqrant işçilərə dair tələbləri sərtləşdirib: gəlir vergisi ödəməli olacaqlar
NATO 2026-cı ildə Ukraynaya 70 milyard avro ayıracağını bəyan edib
Xüsusi nümayəndə: Aİ Azərbaycan və Ermənistanla Cənubi Qafqazda nəqliyyat marşrutlarının inkişafını müzakirə edir
NATO "Ankara Bəyannaməsi"ni qəbul edib
Papuaşvili ATƏT PA-nı Gürcüstana qarşı ədalətsizlikdə ittiham edib
Qanunsuz orden-medallar təsis etməkdə ittiham olunan QHT rəhbərinə hökm oxunub
“Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın yenilənməsi ilə bağlı İşçi qrupun ikinci iclası keçirilib
Ramin Məmmədov Özbəkistan Prezidenti Administrasiyasının şöbə müdiri ilə görüşüb
Almaniyada gimnaziyada atışma olub, azı dörd nəfər yaralanıb
Ukrayna Hərbi Hava Qüvvələri Rusiya təyyarəsini vurduğunu açıqlayıb
Balakəndə 43 yaşlı kişini sel aparıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
ADSEA: Pirşağıda kanalizasiya kollektorlarının tikilən ərazidə təhlükəsizlik tədbirləri görülüb
Bakı metrosu "Qarabağ" – "Vestri" oyununa görə gücləndirilmiş rejimdə işləyəcək
Korporativ həyat sığortası şirkətlərə hansı imkanları yaradır? İR rəhbərinin müsahibəsi
bp və tərəfdaşları Azərbaycanda sosial layihələrə 115 milyon dollardan çox vəsait xərcləyib
Azərbaycan səfiri Rusiya Federasiya Şurasının sədrinin birinci müavini ilə görüşüb
Azərbaycan və Çex hökumətləri arasında Qarışıq Komissiyanın həmsədri dəyişib
Miqrant uşaqlar 18 yaşdan sonra Rusiyanı tərk etməli olacaqlar
Azərbaycanla Əlcəzair arasında Birgə Komissiyanın tərkibi təsdiqlənib
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə”yə dəyişiklik edilib
Prezident İlham Əliyev “Azərbaycanın mədəniyyət paytaxtı-Şuşa şəhəri haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Mingəçevirdə vergi uçotuna alınmadan fəaliyyət göstərən obyekt aşkarlanıb - FOTO
Bir sıra diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbə verilib - SƏRƏNCAM
Şuşanın Kiçik Qaladərəsi kəndinə növbəti köç olub, açarlar təqdim edilib - YENİLƏNİB
Kallas: Bazar ertəsi Aİ və körfəz ölkələri XİN başçılarının görüşü olacaq
Ceyhun Bayramovla İordaniya Baş nazirinin müavini arasında geniştərkibli görüş keçirilib - FOTO - YENİLƏNİB