Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli rayonunda olub
12 mart 2012 14:12 (UTC +04:00)
Füzuli. Temur Zahidoğlu - APA. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Füzuli rayonunda səfərdə olub.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, nazir burada 11 rayonun Əmək Və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin sədrlərinin iştirakı ilə müşavirə keçirib.
F.Ələkbərov rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən “Özünədəstək” birdəfəlik ünvanlı sosial yardım layihəsinə cəlb olunmuş rayon sakinləri ilə də görüşüb, onlara bu layihənin məqsədi və əhəmiyyəti haqqında danışıb. O bildirib ki, bu layihənin tam formada icraatı insanların rifahına daha çox müsbət təsir göstərəcək.
Nazirin sözlərinə görə, ötən ilin mart ayından başlayaraq start götürən bu layihə hazırda respublikanın sərhədyanı və cəbhəboyu 11 inzibati rayonunda - Füzuli, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Göygöl, Goranboy, Tərtər, Ağcabədi, Ağdam və Beyləqanda həyata keçirilir: “Ümumilikdə 111 kəndi əhatə edən layihə əsasən proqramın icrasına cəlb olunmuş ailələrin iqtisadi vəziyyətinin stimullaşdırılması və yaxşılaşdırılması üçün yerli şəraitə uyğun olaraq maliyyələşdirilməsini əhatə edəcək. Bu da bu gün ünvanlı sosial yardım alan ailələrin daimi məşğulluğunu təmin edəcək, onların işgüzarlıq əzmini artıracaq”.

Sosial
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
15:38
17 may 2024
2023-cü ildə Azərbaycanda 73 mindən çox abort qeydə alınıb
14:55
17 may 2024
FHN-in Şimal-qərb Regional Mərkəzi zona birinciliyi keçirib - VİDEO
14:48
17 may 2024
Ötən il Azərbaycanda 1 yaşadək ölən uşaqların sayı açıqlanıb
14:37
17 may 2024