Bank Of Baku

Azərbaycanda muzdla çalışan işçilərin orta siyahı sayı 1,362 mln. nəfərə çatıb

Azərbaycanda muzdla çalışan işçilərin orta siyahı sayı 1,362 mln. nəfərə çatıb
# 13 mart 2012 10:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta siyahı sayı 1 361,7 min nəfər olub. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, onların 844,7 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 517 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Eyni zamanda iqtisadiyyatın neft sektorunda 36,4 min nəfər, qeyri-neft sektorunda isə 1 325,3 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1 321,9 min nəfər təşkil edib. Muzdlu əsaslarla çalışan işçilərin 21,4%-i məhsul istehsalı və 78,6%-i xidmət sahələrində cəmlənib.

«Muzdla işləyənlərin 24,6%-i təhsildə, 19,9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,4%-i sənayedə, 9,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6%-i tikintidə, 4,8%-i nəqliyyat və anbar təsərrüfatında, 3,2%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8%-i informasiya və rabitə sahəsində və 14,7%-i iqtisadiyyatın digər sahələrində məşğul olub», - deyə Komitədən bildirilib.

Cari ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 368,4 manat təşkil edib ki, bu da keçən ilin yanvar ayına nisbətən 8,5% çoxdur. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq əmək haqqı daha yüksək olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR