Bank Of Baku

Meteoroloqlar xəbərdarlıq edir: Azərbaycan ərazisində hava qeyri-sabit keçəcək, sulu qar, qar yağacaq, temperatur 4-6 dərəcə düşəcək

Meteoroloqlar xəbərdarlıq edir: Azərbaycan ərazisində hava qeyri-sabit keçəcək, sulu qar, qar yağacaq, temperatur 4-6 dərəcə düşəcək
# 14 mart 2012 09:26 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3, günün birinci yarısında 5-7 dərəcə isti, axşam 2 dərəcəyədək isti olacaq.

Martın 16-da fasilələrlə yağıntılı olacağı, sulu qar, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 1-4 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 15-də havanın arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 6-11 dərəcə şaxta olacaq.

Martın 16-də havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 12-17 dərəcə şaxta olacağı gözlənilir.

Yaxın 2 gündə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Temperatur ötən günlərlə müqayisədə 4-6 dərəcə enəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR