Bank Of Baku

Səttar Mehbalıyev: “Başlıca vəzifələrimizdən biri gənclərimizin sağlam böyüməsinə, ölkəmiz üçün layiqli vətəndaş kimi yetişməsinə yardımçı olmaqdır”

Səttar Mehbalıyev: “Başlıca vəzifələrimizdən biri gənclərimizin sağlam böyüməsinə, ölkəmiz üçün layiqli vətəndaş kimi yetişməsinə yardımçı olmaqdır”
# 14 mart 2012 10:35 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı təşkilatının fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün verilməsi ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, ATİAHİ Respublika Komitəsinin sədri Səttar Mehbalıyev deyib ki, ali məktəb tələbələrinə adlı təqaüdün verilməsi komitənin gənclərlə bağlı həyata keçirdiyi tədbirlər sırasında mühüm yerlərdən birini tutur. Adlı təqaüd 1995-ci ildə komitənin Rəyasət Heyətinin qərarı ilə təsis edilib. Bu günə qədər 1400 nəfərdən artıq tələbə bu təqaüddən yararlanıb.

S. Mehbalıyev bildirib ki, ölkədə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir: “Başlıca vəzifələrimizdən biri də gənclərimizin sağlam böyüməsinə, ölkəmiz üçün layiqli vətəndaş kimi yetişməsinə yardımçı olmaqdır. Bu məqsədlə hər il bizim tərəfdən spartakiadalar, müsabiqələr, idmanın müxtəlif növləri üzrə yarışlar, intellektual oyunlar təşkil edilir, hər il sosial vəziyyəti ağır olan tələbələr üçün pulsuz nahar yeməyi təşkil olunur, ehtiyacı olan ittifaq üzvlərinə maddi yardımlar verilir”.

Sonra tələbə və şagirdlərə təqaüdlər təqdim olunub. Tədbirdə çıxış edən tələbələr göstərilən diqqət və qayğıya görə öz təşəkkürlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR