Bank Of Baku

Azərbaycanda gender problemləri mövzusunda dəyirmi masa keçirilib

Azərbaycanda gender problemləri mövzusunda dəyirmi masa keçirilib
# 14 mart 2012 10:45 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Əmək və Sosial Münasibətlər Akademiyasında “Azərbaycanda gender problemləri: mövcud vəziyyət və əsas istiqamətlərin inkişafı” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən akademiyanın rektoru Hüseyn Qaraşov bildirib ki, 1998-ci ildən Azərbaycanda gender bərabərliyinə riayət olunması, ictimai həyatın bütün sahələrində qadın və kişilərə bərabər iştirak hüququnun verilməsi istiqamətində mühüm tədbirlər görülür. O deyib ki, bu məqsədlə qanunlar qəbul edilir və müxtəlif layihələr həyata keçirilir.

Bakı Dövlət Universitetinin “Gender və tətbiqi psixologiya” kafedrasının müdiri Rəna İbrahimbəyova ali məktəblərdə genderin tədrisindən danışıb. R. İbrahimbəyova bu tədrisin digər ali məktəblərdə də həyata keçirilməsini vacib sayıb.

Dövlət büdcəsi və gender büdcəsinin qoyuluşu haqqında danışan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat Tədris Mərkəzinin şöbə müdiri Mətləb Mahmudov qeyd edib ki, Azərbaycanda qadınlar daha çox təhsil, səhiyyə və sosial xidmətlər sahəsində çalışır. O, bu sahələrdə əmək haqlarının kişilərin çalışdığı digər sahələrə nisbətən aşağı olduğunu söyləyib.

Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqları Respublika Komitəsinin sədri Cəmilə Səttarova Həmkarlar İttifaqları Konfederasiyasının üzvlərinin 51 faizini qadınların təşkil etdiyini vurğulayıb. O, həmkarlar ittifaqlarının fəaliyyətində qadınlara ayrılan diqqətdən danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR