Bank Of Baku

Gəncədə “Mehmanxanaların yanğın təhlükəsizliyi: qaydalar və hüquqi məsuliyyət” mövzusunda regional seminar-müşavirə keçirilib - FOTO

Gəncədə “Mehmanxanaların yanğın təhlükəsizliyi: qaydalar və hüquqi məsuliyyət” mövzusunda regional seminar-müşavirə keçirilib - <font color=red>FOTO</font>
# 14 mart 2012 12:26 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzində nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən “Mehmanxanaların yanğın təhlükəsizliyi: qaydalar və hüquqi məsuliyyət” mövzusunda regional seminar-müşavirə keçirilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğına qarşı təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovniki Hikmət Xudiyevin də qatıldığı tədbirdə Gəncə və Qərb regionunda yerləşən digər rayonlarda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin nümayəndələri iştirak ediblər.

H. Xudiyev çıxışında “Evrovision-2012” mahnı müsabiqəsi ərəfəsində mehmanxanalarda yanğın təhlükəsizliyi ilə əlaqədar həyata keçirilən qabaqlayıcı tədbirlərdən danışıb. Bu mövzuda seminar-müşavirənin ilk olaraq Bakıda keçirildiyini xatırladan H. Xudiyev Qəbələ, Lənkəran, Xaçmaz və Yevlaxda da bu cür tədbirlərin təşkil olunacağını açıqlayıb.

Maarifləndirici seminar-müşavirədə “Mehmanxanalarda yanğın təhlükəsizliyinin təmin olunmasında başlıca vəzifələr”, “Yanğın və yanğınların söndürülməsi zamanı öbyektlərin üzərinə düşən vəzifələr”, “Yanğın təhlükəziliyi: vəzifələr və hüquqi məsuliyyət” mövzularında mühazirələr dinlənililib. “Mehmanxanalarda yanğın təhlükəsizliyi qaydaları adlı fotoslayd da nümayiş etdirilib.

Seminar-müşavirədə mehmanxanalarda yanğına qarşı təbliğat xarakterli maarifləndirmə işləri aparılarkən metodik vəsait kimi istifadə olunması üçün Dövlət Yanğın Nəzarəti Xidmətində nəşrə hazırlanmış “Mehmanxanaların təhlükəsizliyi” adlı yaddaş kitabçasının təqdimatı keçirilib və kitabça iştirakçılar arasında paylanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR