Bank Of Baku

Ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə növbəti reydlər keçirilib

Ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə növbəti reydlər keçirilib
# 14 mart 2012 13:21 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reydlər keçirilib. ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, reydlər zamanı ümumilikdə, qanunsuz ov edən 4 nəfərdən 4 ədəd ov tüfəngi və 2 ədəd patron götürülərək müvafiq qaydada aktlaşdırılıb. Belə ki, Qırmızıkənd Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ovla məşğul olan 1 nəfər (1 ov silahı), Zəvvar Ovçuluq Təsərrüfatının ərazisində 2 nəfər (2 ov silahı) və İlisu Dövlət Təbiət Qoruğunun ərazisində 1 nəfər (1 ov silahı və 2 ədəd patron) saxlanılaraq həmin şəxslər barəsində protokol tərtib olunub və qanunvericiliyə uyğun qaydada tədbirlər görülüb. ETSN-in aidiyyəti qurumları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması ilə əlaqədar reydlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR