Bank Of Baku

Akademik Bəkir Nəbiyev dəfn edilib - FOTOSESSİYA

Akademik Bəkir Nəbiyev dəfn edilib - <font color=red>FOTOSESSİYA</font>
# 16 mart 2012 12:39 (UTC +04:00)
APA-nın məlumatına görə, vida mərasimində mərhumun yaxınları, çalışdığı kollektivin üzvləri, elm ictimaiyyətinin nümayəndələri, dövlət və hökumət nümayəndələri, millət vəkilləri iştirak ediblər.

Vida mərasimində çıxış edən AMEA-nın prezidenti Mahmud Kərimov Bəkir Nəbiyevin həyat yolundan danışıb. Azərbaycan ədəbiyyat elminə böyük itki üz verdiyini deyən M. Kərimov bildirib ki, B. Nəbiyev 2 dəfə dövlət mükafatı laureatı, 6 cildli Sovet Ədəbiyyatı Tarixinin, 2 cildli Azərbaycan Ədəbiyyatı Tarixinin müəllifi və redaktoru, 30 cildli Türk Dünyası Ensiklopediyasının Azərbaycan üzrə əlaqələndiricisi olub: “İnanıram ki davamçıları, onun yetişdirdiyi elm xadimləri Bəkir Nəbiyevin məktəbini davam etdirəcəklər”.

Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və digər şəxslər də akademik B. Nəbiyev barədə fikirlərini bölüşüblər.

Mərhum ikinci Fəxri Xiyabanda dəfn olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR